Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla mübarizə aparan gənc şairə: “Bağırmaq istəyirəm” - Foto
Koronavirus

Xüsusilə “Instagram”da məşhur olan gənc şairə və bloger Leyla Əhmədova xəstəxanada koronavirusdan müalicə alır.

O, sosial şəbəkə hesabından pandemiyaya ciddi yanaşmayanlara, virusun böyük oyun olduğuna inananlara müraciət edib.

Leyla Əhmədova Leyla Əhmədova

Bizimyol.info müraciəti nəzərinizə çatdırır:

“Beş gündür müsbət koronavirus testi ilə xəstəxanadayam. Gördüklərimi, eşitdiklərimi rahat həzm edə bilirəm. Amma ağzına qədər dolmuş palatalar, reanimasiya şöbəsi, divarın o tərəfindən gələn, bitməyən öskürək səsləri – bunlar adamı çox qorxudur.

Ən çox tibb heyəti üçün ağırdır...

Hava keçirməyən kostyumlarda, iri eynəklərdə, 16 saatlıq növbəni tərk etməyə, hətta su içməyə və ya yemək yeməyə imkan tapmadan, dayanmadan bir palatadan digərinə qaçırlar. Bəzən göz yaşları ilə, ayaq üstə güclə dayanaraq...

Kiminsə anası, uşağı, bacısı, qardaşı, atası – onlar hamısı burada qəhrəmandırlar.

Mənimlə bir palatada qız yatır, anası bu xəstəxanada həkimdir. Bu gün onu da ağır vəziyyətdə reanimasiyaya yerləşdirdilər.

Hər gün gətirilənlərin sayı artır, yer yoxdur, imkan olduqca yeni çarpayılar yerləşdirirlər.

Bütün bunlardan sonra sosial şəbəkələrə daxil olaraq baş verənləri bəşəri oyun sayanları və ya uydurulmuş virus, rəqəmlər haqda yazanları görəndə boğazımda qəhər düyünlənir, bağırmaq istəyirəm.

Həkimlərin və xəstələrin gözlərindəki yorğunluq, pərişanlıq, ümidsizlik uydurma deyil. O da uydurma deyil ki, insanlar boğulur, əziyyət çəkir, klinikalarda yer çatmır, kimsə çatdıra bilmir.

Heç kim evdə oturmaqla acından, darıxmaqdan ölməyəcək. Əminəm ki, buradakı əməkdaşlar evdə oturaraq darıxmaq haqda yazmaqdan məmnun olardılar.

Şəxsən mən bütün ehtiyat tədbirlərinə əməl etməyə çalışmışdım. Görünür, haradasa ehtiyatsızlıq da etmişəm.

Gəlin bir-birimizə və özümüzə qarşı diqqətli olaq, sosial şəbəkələrdə yazdıqlarımıza həssas yanaşaq. Anlayaq ki, hətta gülüş işarəsi yaxınını itirmiş, xəstəliklə mübarizə aparan və ya bütün sutka ərzində xəstələrin həyatını xilas etməyə çalışan adamların ürəyini parçalayır. Onlar sizinlə mübahisə edə, ortaya fakt qoya bilər. Amma buna nə güc var, nə də vaxt”.

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› “Kubada nə səhiyyə var ki, ordan həkim gətirirlər...”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
››› Beyrutdakı partlayışın arxasındakılar -Türkiyə Fransa və ərəb dünyası ilə üz-üzə
Son xəbərlər
Bütün xəbərlər »