Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə koronavirusdan sağalanların sayı 180 mini keçib
Koronavirus

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir yazıb ki, son 24 saatda 46 414 şübhəli koronavirus testindən keçib, onlardan 1148-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1188 xəstə sağalıb.

Türkiyədə indiyədək 205 758 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5225 nəfər ölüb, 180 680 nəfər müalicə olunaraq evə buraxılıb.

Nazir bildirib ki, Türkiyədə son 3 gündə infeksiyaya yoluxmaya ən çox İstanbul, Ankara, Qaziantep, Mardin, Konya, Bursa, Diyarbəkirdə rast gəlinib.

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› “Kubada nə səhiyyə var ki, ordan həkim gətirirlər...”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
››› Beyrutdakı partlayışın arxasındakılar -Türkiyə Fransa və ərəb dünyası ilə üz-üzə
Son xəbərlər
Bütün xəbərlər »