Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim: "Sağ qalsam, bir azərbaycanlıya pulsuz xidmət etməyəcəm"

"Əgər sağ qalsam, bundan sonra bir dənə azərbaycanlıya, özünü azərbaycanlı sayana pulsuz xidmət etməyəcəm (şəhid ailələri və qazilər çıxmaqla).

Bu fikirləri koronavirusla mübarizə aparan və özü də yoluxan həkim Araz Ağayev səsləndirib.

Doktoru bu qədər əsəbi açıqlama verməyə sövq edən səbəb isə yoluxarkən soydaşlarımızdan gördüyü laqeyd münasibət olub.

“Özümü qoruya bilmədim. Maaləsəf, mən də koronavirusa yoluxdum. Deməli, işlədiyim xəstəxanaya yerləşdim. Yerləşdiyim otaqda tualet var. 50-60 yaşlarında bir xala gəlib həmin tualetə girir (qaldığımız otaqda məndən əlavə 2 kişi xəstə var) və tualetin içinə nələr gəldi atır. O həddə çatıb ki, artıq tualet işləmir. Bu gün irad bildirmişəm ki, ay xala, heç olmasa, eyni məsafədə şöbənin o biri tərəfində tualet var, get ora. Saldı şüvənliyinə. Mənə erməniyə qədər dedi. Dedim düz deyirsən, mən erməni, sən azərbaycanlıya 3 aydı baxıram ki, yoluxub bura gələm. Nə desən, haqlısan".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »