Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professor ikinci və daha qorxunc dalğanın nə zaman başlayacağını açıqladı

Dünya Həkimləri Həmkarlar Təşkilatının (WMA) keçmiş rəhbəri, professor Leonid Eydelman bəyan edib ki, koronavirusun ikinci dalğası noyabr-dekabr aylarında başlayacaq.

Bizimyol.info-nun məlumatına görə, professor bu zərbəyə çox ciddi hazırlıq aparılmasının vacibliyini vurğulayıb.

Leonid Eydelman Leonid Eydelman

“Bu dəfə koronavirus bildiyimiz digər qrip növləri ilə birləşib daha da möhkəmlənəcək. İkinci, daha güclü dalğanı noyabr- dekabr aylarında gözləyirik Qışda isə respirator xəstəlikləri bu virusdan ayırd etmək çətin olacaq. Əsl problem də budur”,- deyə o RİA Novosti-yə bildirib.

Həkimin sözlərinə görə, noyabr ayına qədər tibbi təchizatı gücləndirmək lazımdır.İkinci dalğa yaydakından daha güclü olacaq. Birmənalı olaraq, dünyada koronavirusa yoluxanların sayı artmaqdadır. Hindistan və Çin yenidən pandemiya mərkəzi kimi özünü göstərə bilər”,- deyən professor bütün ölkə üzrə məhdudiyyətlərin qoyulmasının iqtisadi böhrana səbəb olacağına görə lazımsız hesab edib. “Ən doğru taktika regional karantinlərin tətbiqi olardı”,- deyə o vurğulayıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »