Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna klubunda 13 futbolçu koronavirusa yoluxdu

Ukraynanın "Metallurq" klubunda kütləvi koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

Modern.az saytının məlumatına görə, Zaporojye klubu futbolçularının test nəticələri ürəkaçan olmayıb.

Testdən keçən 32 futbolçudan 13-də müsbət nəticə çıxıb. Klubun mətbuat xidməti virusa yoluxanların vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb. Həmin oyunçulardan 5-i xəstəxanaya yerləşdirilib, 8-i isə evində həkim nəzarətindədir.

Qeyd edək ki, Ukrayna birinci liqasının XXIV turunda baş tutmalı olan "Rux" - "Metallurq" oyunu təxirə salınıb.

Son xəbərlər
Bütün xəbərlər »