Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akardan sərt mesaj: Türkiyədən üzr istəməlidir!

Fransa iddialarının təsdiqi üçün heç bir sübut təqdim edə bilmədi.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Fransa Türkiyədən üzr istəməyə məcburdur:

“NATO dünyanın hələ də ən etibarlı ittifaqı olduğunu göstərdi. İttifaq öz işini düzgün aparır. “Beyin ölümü” hələ də gerçəkləşməyib. Fransa da daxil olmaqla, 30 NATO ölkəsi həm dünyada, həm də bölgədə sülh və sabitlik üçün mübarizə apararkən “NATO-nun beyin ölümü gerçəkləşib” kimi sözlər düzgün deyil”.

Qeyd edək ki, NATO Şərqi Aralıq dənizində Fransa ilə Türkiyə gəmiləri arasında baş verən gərginlik haqqında Parisin iddialarını NATO dəstəkləməyib.(Axar)

Son xəbərlər
Bütün xəbərlər »