Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkəyə qanunsuz yolla avtomobil ehtiyat hissələri gətirən saxlanılıb

Ölkəyə qanunsuz yolla avtomobil ehtiyat hissələri gətirən saxlanılıb.

Bizim yol .info xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada bəyan olunmayan, ümumilikdə 6 adda 18 ədəd avtomobil ehtiyat hissələri aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »