Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Balıq evi”nin sahibi və müştəriləri cərimələniblər

Sabunçu rayonunda sanitar-karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən vedrilən məlumata görə, iyul ayının 4-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Pirşağı qəsəbəsindən yerləşən “Balıq evi” kafesinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar olunub.

Polislər tərəfindən obyekt sahibi Mehdi Əliyev və orada olan 7 nəfər müştəri saxlanılaraq polis bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1500 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.

Son xəbərlər
Bütün xəbərlər »