Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini ötüb

Rusiyada son sutka ərzində daha 6632 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 674 515 nəfərə çatıb.

Son sutka ərzində 168 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 10 027 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 446 879 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Son xəbərlər
Bütün xəbərlər »