Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici İşlər Nazirliyində həbs olunanların kimliyi bəlli olub

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan bir neçəsinin kimliyi məlum olub. Onların arasında nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə, Maliyyə İdarəsinin rəisi Lamiyə Canəhmədovanın da olduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin daha bir neçə vəzifəli əməkdaşı haqda araşdırma aparılır. Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yazdığına görə, haqqında araşdırma gedənlərdən biri də Lamiyə Canəhmədovanın həyat yoldaşıdır. Anar Canəhmədov nazirliyin Amerika ölkələri üzrə idarə rəisidir. Onun nazir Elmar Məmmədyarovla dostluq əlaqələrinin olduğu bildirilir. Məhz bu dostluq sayəsində Lamiyə Canəhmədova nazirlikdə vəzifəyə təyin olunub.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Anar Canəhmədovun atası professor Əhəd Canəhmədov Milli Aviasiya Akademiyasının kafedra müdirdir. Onun 2013-cü ildən Londonda nəşr olunan SAEQ elmi-texniki jurnalının baş redaktoru olduğu bilinir. Jurnalın təsisçisi Anar Canəhmədovun qardaşı, Britaniya-Avstraliya cəmiyyətinin üzvü Elmar Canəhmədovdur.

Məlumata görə, DTX nazir Elmar Məmmədyarovun biznesini idarə edən dövlət qurumunun Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun müdiri, “DİPLOMAT 2008” MTK-nın rəhbəri Elxan Azayevlə bağlı da araşdırma aparır.

Mənzil Tikin Kooperativinin əsası 2008-ci ildə qoyulub. Dövlət reyestri məlumatlarına görə, qanuni təmsilçi Elxan Azayevdir. Amma Elmar Məmmədyarova məxsus olması iddia edilir.

Nazirliyin İşlər İdarəsinin rəisi Fərhad Mollazadənin saxlanması xəbərinə onun əmisi oğlu, deputat Asim Mollazadə də münasibət bildirib. Deputat deyib ki, onunla qohum olsalar da, münasibətləri yox idi.

“Fərhad Mollazadə ilə qohumluğumuz var. Lakin o, hökumətin adamıdır və bizim fərqli siyasi baxışlarımız olduğuna görə uzun müddətdir ki, əlaqəmiz yoxdur”, - A.Mollazadə “musavat.com”a belə deyib.

F.Mollazadə 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibidir.

Son xəbərlər
Bütün xəbərlər »