Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Putin miqrantları Rusiyaya dəvət edir
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin pandemiyadan zərbə görmüş ölkə iqtisadiyyatını yalnız miqrantların sayəsində ayağa qaldırmaq mümkün olduğunu deyib. Qonşu ölkə əcnəbi işçilərin gəlişində maraqlıdır.

Bizimyol.info xəbər verir ki, Putin tezliklə ölkədə işçi qüvvəsinin çatışmayacağını söyləyib. Onun sözlərinə görə, yeni vətəndaşlara ehtiyac var. Putin buna görə miqrantları ölkəyə dəvət edir.

“Əlbəttə, söhbət rusdilli həmvətənlərimizdən gedirsə, biz belə insanların gəlişində ikiqat, üçqat maraqlıyıq”, - Rusiya dövlət başçısı deyib.

Putin əlavə edib ki, gələrkən ayrı-ayrı bölgələrin əmək bazarınndakı vəziyyəti nəzərə almaq lazımdır. Əks halda balans pozular, hər gansı bölgənin üzərinə daha çox yük düşər: “Rusiya vətəndaşlarının haqları pozulmasın”.

Putin bir müddət əvvəl miqrant axınını demoqrafik problemin həlli kimi gördüyünü demişdi. O, Ukraynadan, Belarusdan gələnlərə daha isti yanaşdığını gizlətməmişdi. Çünki həmin şəxslər rus dilini bilir, rus mədəniyyətinə yad deyillər.

Paylaş »
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Azərbaycanda karantin rejiminin yumşaldılması barədə qərar verildi
››› Erməni diasporu rusları Putinə qarşı qalxmağa çağırdı - Video
››› Bakıda sakinlər etiraz edir - Video
››› TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi
Son xəbərlər
Bütün xəbərlər »