Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmanətçilər Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirəcək

Bağlanan bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirəcək.

Bu barədə Bizimyol.info-ya əmanətçi Günel Əliyeva məlumat verib.

Əmanətçi bildirib ki, aksiya iyunun 6-da Mərkəzi Bankın qarşısında keçiriləcək: “Bağlanan bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında olacaq. Mənim də əmanətçi olduğum “AG Bank” ASC-nin əmanətçilərini bu aksiyada iştirak etməyə dəvət edirəm. Aktiv olaq, haqqımızı tələb edək.

Digər banklarda problem 4-5 aydı vardı, amma “AG Bank”da problem 2017-ci ildən var. Hamımız əmanət üçün narahatıq. 1 ay gözlə, 3 ay gözlə kimi bəhanələrə inanmayaq. Problemin həllinin bir yolu var, yığışaraq haqqımızı, pulumuzu tələb etməliyik, boş oturmaqla, səbr etməklə bizə pulumuzu verən olmayacaq”.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 8,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 29 iyun 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 100,4 milyon manat kompensasiya ödəyib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »