Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elektrik qatarları həftəsonu hərəkətdə olmayacaq

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-dək şənbə və bazar günləri Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarların hərəkəti dayandırılacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti məlumat verib.

Məmumatda bildirilir ki, o cümlədən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.

Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik əsasında həyata keçiriləcək.

Əlavə məlumat üçün:

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi

Natəvan Bayramovaya müraciət edə bilərsiniz:

055 698 18 36

012 499 42 56

[email protected]

Son xəbərlər
Bütün xəbərlər »