Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
DYP sərt karantin dövründə işləyəcək taksilərlə bağlı açıqlama verib
taxi---000

DYP həftəsonları sərt karantin rejimi dövründə fəaliyyət göstərəcək taksilərlə bağlı açıqlama verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Şöbə rəisi bildirib ki, həftəsonu tətbiq ediləcək sərt karantin rejimi dövründə lisenziyası, fərqlənmə nişanı olan, "icaze.e-gov.az" portalında şəxsi məlumatları daxil edilən, avtomobilində xüsusi şəffaf arakəsmə olan taksilərin fəaliyyətinə icazə veriləcək: “Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlardaşənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Qərara əsasən Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonlarında həftəsonları (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək və 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək) ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Paylaş »
››› Bakıda sakinlər etiraz edir - Video
››› Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü
››› DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
››› İsveç heç vaxt karantin tətbiq etməməklə nə qazandı...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »