Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ETSN və BMT-nin İnkişaf Proqramı suya qənaət mövzusunda hakatona start verdi

Bakı, 3 iyul 2020-ci il: Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hakatona start verdi.

““Aquahack” adlı yeni təşəbbüs, Dayanıqlı İnkişaf Məqsədləri və Avropa İttifaqının Yaşıl Sövdələşməsinə uyğun olaraq su mövzusunda aparılacaq dialoqun başlanğıcıdır. Bura yeni və innovativ həll yollarının tapılmasında birgə iş aparmaq üçün tərəfdaşların platformasıdır. Su naminə rəqəmsal bir gələcəyə sərmayə qoymağın vaxtıdır” Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev qeyd edib.

“Sudan istifadəyə yeni yanaşma ilə biz su qıtlığının öhdəsindən gələ bilərik. Yeni həllər, cəmiyyət və bizneslər üçün yeni imkanlar yarada bilər. Bu səbəbdən də Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramı innovativ rəqəmsal həllər tapmaq üçün əməkdaşlıq edir. Hər kəs üçün dayanıqlı gələcək yaratmaq mümkündür, lakin biz buna ancaq birlikdə çalışaraq nail ola bilərik.” deyə BMTİP-nin Rezident nümayəndəsi Alessandro Frakassetti bildirib.

Elan edildiyi gündən bəri cəmi iki həftə ərzində yarışmaya 328 ərizə müraciəti olub.

“Aquahack” yarışması su mövzusu ətrafında birləşən komandaları suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azadılması üçün 48 saat ərzində texnoloji ideyalar və həllər tapmağa və təklif etməyə dəvət edir.

Bütün ideya və təkliflər ixtisaslaşmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.

Ümumilikdə 3 mükafat təqdim olunacaqdır: birinci yer üçün 5000 manat, ikinci yer üçün 3000 manat və üçüncü yer üçün 2000 manat.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya mütəxəssisi – [email protected]

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq və güclü dövlətlər qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlil təqdim edirik.

Son xəbərlər
Bütün xəbərlər »