Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DTX Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərini həbs edib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xarici İşlər Nazirliyində əməliyyat keçirir, həbs olunanlar var.

Əməliyyatın keçirilməsi haqda məlumatı DTX təsdiqləsə də, saxlanılanların kimiliyi və başqa detalları hələlik açıqlamayıb.

Bizimyol.info-nun əldə etdiyi məlumata görə, saxlanılanlar arasında Xarixi İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin müdiri Fərhad Mollazadə də var. Onun yaxınları F.Mollazadənin saxlandığını təsdiqləyib.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

F.Mollazadənin deputat Asim Mollazadə ilə uzaq qohum olduğu bildirilir.

DTX-nın nazirlikdəki əməliyyat barədə rəsmi açıqlamasında bildirilir ki, bu qurumda bəzi vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməsi, qanunazidd əməllərə yol vermələri barədə məlumatlar daxil olub. Həmin məlumatlar əsasında da istintaq-əməliyyat tədbirləri həyata keçirilir: “Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Son xəbərlər
Bütün xəbərlər »