Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində daha 9 nəfər koronavirusa yoluxub

Çində ötən sutka ərzində 5 nəfərdə yeni növ koronavirusun aktiv forması və 4 simptomsuz yoluxma halı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb. Koronavirusa yoluxmalar Pekində qeydə alınıb.

Bunula da Çində 83 542 şəxsin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 634 nəfər vəfat edib.

Qeyd edək ki, iyunun 11-də 56 günlük aradan sonra "Sinfadi" bazarı ilə əlaqəli ilk yoluxma halı aşkarlanıb. Hökumət virusun yayılmasının qarşısını almaq üçün paytaxtda karantin tədbirlərini sərtləşdirib. Pekində indiyədək 480 məntəqə üzrə təxminən 3 milyona yaxın adam testdən keçirilib.

Son xəbərlər
Bütün xəbərlər »