Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkələrinin bir neçəsində bu gün virusdan ölən olmadı

Avropada pandemiyanın ikinci dalğasından narahatdırlar. Hərçənd, rəqəmlər yalnız nikbinliyə əsas verir.

Bizimyol.info xəbər verir ki, bu gün Avropanın bir neçə ölkəsində virusdan ölən olmayıb. Yoluxma statistikasına görə dünyada 45-ci yeri tutan İsveçrədə son sutka ərzində heç kim pandemiyanın qurbanı olmayıb. Bu gün 116 nəfərin virus testi müsbət nəticə verib. Dünən İsveçrədə cəmi 2 nəfər infeksiyadan həyatını itirmişdi.

Avstriyada da yaxşı göstərici qeydə alınıb. Son sutka ərzində cəmi 68 nəfərin testi qənaətbəxş olmayıb. Amma heç kim infeksiyadan ölməyib. Dünən də ölən olmamışdı, amma 107 nəfərin yoluxduğu açıqlanmışdı.

Skandinaviya ölkələrindən Finlandiya və Norveçin pandemiyaya qalib gəldiyini demək olar. Bu dövlətlərin heç birində ölüm qeydə alınmayıb. Bu gün Nörveçdə 6, Finlandiyada 5 nəfərin yoluxduğu bildirilib.

Bura yaxın Danimarkadan da yaxşı xəbərlər gəlir. Gün ərzində ölkənin 21 vətəndaşının testi müsbət nəticələnib. Heç kim həyatını itirməyib.

Dünən Danimarkada və Norveçdə pandemiya 1 nəfərin həyatına son qoymuşdu. Finlandiya da daxil olmaqla hər 3 ölkədə daha yüksək yoluxma statistikası açıqlanmışdı.

Son xəbərlər
Bütün xəbərlər »