Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu il Gürcüstanda 274 nəfər QİÇS-ə yoluxub

Gürcüstanda QİÇS-ə 274 yeni yoluxma halı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.

İyulun 2-nə olan məlumata əsasən, qonşu ölkədə bu xəstəliyə yoluxanların ümumi sayı 8 376 nəfər təşkil edir. Onların 6 252-si kişi, 2 124-ü isə qadındır.

Pasiyentlərin böyük əksəriyyəti 29-39 yaş qrupuna daxildir. QİÇS 4 340 nəfərdə inkişaf edib, 1 705 pasiyent isə vəfat edib.

Yoluxma hallarının böyük hissəsi 3 029 olmaqla Tbilisinin payına düşür.

QİÇS-ə yoluxan uşaqların sayı isə 116-dır. Onların 70-i oğlan, 46-sı qızdır. Uşaqlar arasında bu xəstəlikdən 27 ölüm halı baş verib.

Son xəbərlər
Bütün xəbərlər »