Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə benzinin qiyməti rekord vurdu

Rusiyada benzinin qiyməti dayanmadan artır. Bu gün yeni rekord qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərinin ticarət-xammal birjasında Ai-95-in ən yüksək qiyməti rəsmiləşib. Bir litrin dəyəri daha 1.1 faiz artaraq 58.445 rubla (0.83 dollar) çatıb. Ölkənin Avropa hissəsi üçün qiymət (58.7 rubl) daha yüksəkdir.

Rusiyada son bir həftə ərzində üçüncü dəfədir benzinin qiyməti ilə bağlı rekord qeydə alınır. Axırıncı dəfə yanacağın bir litri 58.324 rubl həddinə çatmışdı.

Rusiyada neftin dəyərinin aşağı düşməsi benzinin qiymətinə heç cür təsir göstərmir. Çünki yeni vergi sistemi fərqli qurulub. Rusiya hökuməti hər litrə görə xüsusi vergi istiqaməti müəyyənləşdirib, qiyməti sabit saxlamağın tərəfdarıdır. Əks halda ümumi mexanizmin sıradan çıxacağı iddia olunur. Eyni zamanda, neftin dəyəri aşağı düşəndə benzin satışı ilə məşğul olan şirkətlər qazancdan hökumətə əlavə pul ödəyir.

Son xəbərlər
Bütün xəbərlər »