Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
2,1 mln. dollarlıq üzük internetdə satılan ən bahalı zinət əşyası olub
uzuk_27347656

İnternetdə satılan ən bahalı zinət əşyası adına çəkisi 28 karatdan çox olan brilyant qaşlı üzük layiq görülüb. Üzük "Christie’s" hərracında satılıb.

"APA-Economics"in RBK-ya istinadən verdiyi məlumata görə, 28,86 karat ağırlığında olan daş ən yüksək gemoloji xüsusiyyətlərə malikdir – rəng – D, saflıq – VVS1, tip – IIa. Hərracda dünyanın 30-dan çox alıcısı iştirak edib. Brilyant üzük 2,115 mln. ABŞ dollarına satılıb və bununla da onlayn auksionda satılan ən bahalı zərgərlik məmulatı adını qazanıb.

Hərrac evinin hesablamalarına görə, bu ilin iyununda zərgərlik onlayn ticarət səhifəsinə gündəlik ziyarətlərin sayı 2019-cu ilin iyununa nisbətən 70% artıb.

Paylaş »
››› Bakıda sakinlər etiraz edir - Video
››› Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü
››› DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
››› İsveç heç vaxt karantin tətbiq etməməklə nə qazandı...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »