Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Unibank əməkdaşları arasında onlayn intellektual yarışma keçirilib
fibonacchiunibank

Sərt karantin rejimi günləri ilə əlaqədar əksəriyyəti distant rejimində çalışan Unibank əməkdaşları arasında “Fibonacci - onlayn” intellektual yarışması keçirilib.

Oyun “Youtube”da onlayn formatda olub. Onlayn keçirilən yarışmada Bankın baş ofis, eləcə də filial əməkdaşlarından ibarət 21 komanda iştirak edib. Onlayn yarışmanın keçirilməsində məqsəd, bank əməkdaşlarının əhval-ruhiyyəsini qaldırmaq, komanda ruhunu daha da yüksəltmək olub.

“Fibonacci gamification company” tərəfindən keçirilən oyunda komanda üzvlərinin intellektual bilikləri sınağa çəkilib. Yarış müddətində komandalar 7 tur ərzində 50 sualı cavablandırıb. Çox həyacanlı və maraqlı keçən yarışın sonunda qaliblər müəyyənləşib. Marketinq departamentinin “Mark Eating” komandası ən yüksək nəticə göstərərək onlayn intellektual yarışın qalibi olub.

Unibank-hər kəsin bankı!

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› “Kubada nə səhiyyə var ki, ordan həkim gətirirlər...”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib
››› Beyrutdakı partlayışın arxasındakılar -Türkiyə Fransa və ərəb dünyası ilə üz-üzə
Son xəbərlər
Bütün xəbərlər »