Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın “Məhəmmədi” kəndinin rüsvayçı problemləri Türkiyə televiziyasında - Video

Abşeron rayonun “Məhəmmədi” kəndinin probelmləri Türkiyə televiziyasında yayımlanıb . Rayon camaatı şikayət edir“Abşeronun xanım icra başçısı hara baxır?”deyirlər.

Abşeron rayonun “Məhəmmədi” kəndində olan sosial problemlərlə bağlı Türkiyənin “EGE” televiziyasında sujet yayımlanıb. Yayımlanan sujetdə kəndin problemləri geniş şəkildə əks olunub. Kəndin yollarının hələ də asfaltlanmadığı, çirkab və kanalizasiya sularının yaşayış evlərinin yaxınlığında olması, ərazidə gölməçələrin əmələ gəlməsi, adı çəkilən ərazidə telefon və internet rabitəsinin hələ də olmaması sujetdə sakinlər tərəfindən dilə gətirilir. Problemlər üzündən avtobus marşrutlarının əraziyə gəlməməsi isə daha acınacaqlı vəziyyətdir.

Görünür, bizim bəzi yüksək ranqlı məmurlar ölkədəki islahatlardan hələ də dərs ala bilməyiblər. Kəndin dərdi-səri, qara sorağı Türkiyədən gəlir, bizimkilər yatıblar fil qulağında...

Son xəbərlər
Bütün xəbərlər »