Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cozep Borrell Türkiyəyə səfər edəcək

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyəyə səfər edəcək.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Almaniyada səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla birgə keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, C. Borrellin səfəri iyulun 6-da baş tutacaq.

M. Cavuşoğlu qeyd edib ki, C. Borrellin səfəri zamanı Türkiyə - Aİ münasibətləri, miqrant böhranı və digər regional məsələlərin müzakirəsi nəzərdə tutulub.

XİN başçısı vurğulayıb ki, Türkiyə Aİ ilə münasibətlərini daha sağlam şəkildə inkişaf etdirmək niyyətindədir.

Son xəbərlər
Bütün xəbərlər »