Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İndi də dovşan ebolası yayılır

ABŞ-ın 7 ştatında dovşan ebolası virusu yayılıb.

Bizimyol.info natgeo.ru-ya istinadən xəbər verir ki, virus dovşanlar arasında hemorral qızdırma şəklində yayılır və RHDV2 kimi tanınır.

Dovşanların daxili orqan və toxumalarının dağılması onların ölümü ilə nəticələnir Virusun inkubasiya dövrü 3 gün olduğu üçün heyvanlar yalnız ölərkən yoluxduqlarını anlamaq olur. Ölən heyvanların burnundan qan gəlir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi 7 ştatda və Meksikada bu xəstəliyin yayıldığını bildirib. Virus yalnız təsərrüfatlarda bəslənən ev dovşanlarını deyil, vəhşi dovşanlara da təsir edir.

“Epidemiyanın hardan yayıldığı məlum deyil, o qar kürəsi kimi böyüyür və hərəkət edir. Bu artıq dəlilikdir. Qərara alınıb ki, əgər hansısa təsərrüfatda bir dovşanda bu virus aşkarlansa bütün dovşanlar məhv edilməlidir”,- deyə Texasın baş baytarı Ralf Simmerman bildirib.

Yoluxmuş heyvanlarda ölüm 90% təşkil edir.Ən pisi budur ki, həşəratlar virus daşıyıcısı ola bilirlər. Virusun insana təsiri barədə məlumat verilməyib. Mütəxəssislərin dediyinə görə, bu virusu öldürmək çox çətindir. ABŞ-da bu virusa qarşı lisenziya almış virus olmadığına görə, onu 1 ay sonra İspaniya və Fransadan idxal etmək mümkündür.

Qeyd edək ki, koronavirus pandemiyası yayıldıqdan sonra Meksikada yeni növ donuz qripi, Monqolustanda isə taun baş qaldırıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »