Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sürücülər maşınlarına da icazə almalıdır
surucu5-0-0-0-

Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməlidir.

Təsdiq mesajı gəldikdən sonra vətəndaş şəxsi avtomobili ilə 2 saat müddətində yaşayış yerini tərk edə bilər.

Qeyd edək ki, bu gündən Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edilib. Bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək. Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.

Xatırladaq ki, daha əvvəl sui-istifadə hallarına yol verilməsinin qarşısının alınması məqsədilə 8103 SMS icazə ilə bağlı məhdudiyyətlər tətbiq edilib.

Belə ki, müvafiq kod üzrə SMS icazənin cavab gəlişinin müddəti 15 dəqiqəyə qədər artırılıb. Bundan əlavə gün ərzində vətəndaşın müvafiq kodlardan yalnız biri ilə iki saatlıq yaşayış yerini tərk etməsinə icazə verilib.(redaktor)

Paylaş »
››› Rus general: “Etiraf etmək lazımdır ki, Azərbaycan Ordusu daha güclüdür”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Girov götürülərək işgəncə verilən Azərbaycan vətəndaşının ailəsindən pul tələb edirlər
››› Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır
››› Türkiyədə koronavirusla bağlı son vəziyyət
Son xəbərlər
Bütün xəbərlər »