Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko koronavirus üzərində qələbəni elan etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət mükafatlarının təqdim edilməsi zamanı koronavirusla mübarizənin ön xəttində dayanan tibb işçilərinin işini xüsusilə vurğulayıb və COVID-19 üzərində qələbə qazanıldığını elan edib.

Bu barədə BELTA agentliyi yazıb.

Dövlət başçısının sözlərinə görə, Belarus pandemiya zamanı sağlam siyasi düşüncə və xalq müdrikliyi nümayiş etdirib.

“İnfeksiya ilə mübarizənin ön cərgələrində tibb işçiləri olub. Bizim səhiyyə sistemimiz tab gətirdi. Lakin biz bu gün qalib gəldiyimizi deyə bilsək də, mübarizənin gücünü aşağı salmırıq.

COVID-19 üzərində yekun qələbəni sonra hələ də vəzifə başında olan həkimlərimizlə birlikdə mütləq qeyd edəcəyik”, - deyə Belarus prezidenti bildirib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »