Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Həkim: "Ümid edək ki, qısa müddətdə daha sevindirici xəbərlər verəcəyik”
Bəhram Bağırzadə

“Bəhram Bağırzadənin vəziyyəti ağır kimi qiymətləndirilir”.

Bu barədə APA-ya Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.

O bildirib ki, son günlərdə müsbət dinamika qeyd edilir: "Bildiyiniz kimi 2 gün əvvəl xəstə artıq EKMO cihazından ayrılıb. Hazırda yalnız ağciyərlər süni ventilyasiya aparatına qoşulu vəziyyətdədir. İstər ümumi, istər laborator göstəricilərində, istərsə də ağciyər toxumasının vəziyyətində müsbət dinamika qeyd edilir. Müalicə prosesi davam edir. Ümid edək ki, qısa müddətdə daha sevindirici xəbərlər verəcəyik”.

Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Paylaş »
››› Azərbaycan və Ermənistan arasında gərginlik: Bir dalan, iki çıxış
››› Gürcüstanda dövlət bayraqları endirilib
››› Aşağı Güzdək sakinləri Bakı-Şamaxı yolunu kəsib
››› Rus general: “Etiraf etmək lazımdır ki, Azərbaycan Ordusu daha güclüdür”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »