Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyaya “Taliban”la iş birliyinə görə sanksiya qoyacaq

ABŞ Rusiyanı terrorçu “Taliban” qruplşaması ilə əlbir olmaqda ittiham edərək sanksiyalar tətbiq etmək niyyətindədir. Müvafiq qanun layihəsi Demokratlar partiyasının üzvü Robert Menendes tərəfindən senata təqdim olunub.

Menendes Rusiyaya qarşı bu iddiasını daha öncə öz Twitter səhifəsində də paylaşmışdı. O bildirmişdi ki, Tramp terrorçuluğu maliyyələşdirdiyinə görə Vladimir Putini məsuliyyətə cəlb etməkdən çəkinir, çünki onu Amerikanın yox, Kremlin maraqları düşündürür.

İyunun 26-da The New York Times xüsusi xidmət orqanlarına istinadən məlumat yaymışdı ki, Rusiya hərbi kəşfiyyatı amerikalı hərbçilərin öldürülməsi üçün “Taliban”a ödəniş edib. Bununla da Moskva ABŞ-la taliblər arasındakı sülh danışıqlarını pozmağı hədəfləyib.

Öz növbəsində Rusiya tərəfi bu ittihamları əsassız adlandırıb.

“Taliblər onsuz da müntəzəm olaraq yeni ərazilər işğal edir və amerikan əsgərlərini öldürürlər. Bunun üçün onlara pul ödəmək lazım deyil, onlar bunu özləri böyük məmnuniyyətlə edirlər. Ümumilikdə isə Rusiya Əfqanıstanda hərbi kontingent saxlamır”,- deyə Rusiya beynəlxalq əlaqələr üzrə Federasiya Şurasının sədri Vladimir Cabarov bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »