Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dövlətçiliyimizin sütunlarından biri kimi polisin fəaliyyətini yüksək qiymətləndirirəm” - Deputat

“Ölkəmizdə insan haqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə xüsusi xidmətləri ilə seçilən Azərbaycan polisi torpaqlarımızın müdafiəsində də rəşadət nümayiş etdirib. Minlərlə polis əməkdaşları ərazi bütövlüyümüzün qorunmasında qəhrəmanlıq göstərib, son damla qanına qədər vuruşaraq şəhid olub, fiziki sağlamlığını itirib, müharibə veteranıdır”.

Polislərin peşə bayramı münasibətilə Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, pandemiya şəraitində yaşadığımız indiki çətin məqamda polis əməkdaşlarının da üzərinə mühüm vəzifələr düşür: “Belə ki, xalqımızın sağlamlığı naminə Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən qoyulan tələblərə lazımi səviyyədə əməl etməyənlərlə qarşı da mübarizə aparır.

Bir sözlə, dövlətçiliyimizin sütunlarından biri kimi polis əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirir, hər birini səmimi qəlbdən təbrik edir, şərəfli işlərində uğurlar arzulayıram. Bununla yanaşı bir vətəndaşdan polis əməkdaşlarının qanuni tələblərinə riayət etmələrini xahiş edirəm”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »