Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatdan Polis Günü ilə bağlı açıqlama

“Bu gün həm torpaqlarımız uğrunda canlarından keçmiş, həm də Azərbaycanda sabitliyin, stabiliyin qorunmasında, daxili təhlükəsizliyin təmin olunmasında xüsusi xidmətləri olan bizim dəyərli polis əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə polislərimizi ürəkdən, səmimi qəlbdən təbrik etmək istəyirəm”.

Bu sözləri Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən bildirib.

Ramil Həsən - Deputat Ramil Həsən

Deputat qeyd edib ki, Azərbaycan polisi xalqın qəhrəman övladlarının nümayəndələridir: “Arzu edirəm ki Azərbaycan dövlətinin daha da güclənməsi, qüdrətlənməsi, həmçinin Azərbaycan dövlətinin və xalqının təhlüləsizliyinin təmin edilməsi istiqamətində bundan sonra da uğurla, bacarıqla fəaliyyət göstərsinlər. Necə ki ordumuzla fəxr edirik, eləcə də, polisimizlə fəxr etməliyik.

Sıravi polis əməkdaşlarından tutmuş cənab Daxili işlər nazirinə kimi hər bir polisimizi bir daha ürəkdən təbrik edirəm”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »