Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baltikyanı ölkə rus telekanallarına qadağa qoydu

Latviya Rusiya televiziyası ilə bağlı ciddi qərar verib. Baltikyanı ölkədə rus telekanallarına qadağa qoyulub.

Bizimyol.info xəbər verir ki, Latviya Avropanın başqa ölkələrinə də belə davranmağı məsləhət görüb. Latışlar rus telekanallarının zərərli təbliğat apardığını düşünür.

Latviyanın xüsusi xidmət orqanları hökumətə ölkədə Rusiya televiziyasının yayımının dayandırılmasını tövsiyə edib. Bundan sonra Elektron KİV üzrə Milli Şura (NEPLP) RT mediaqrupuna daxil olan 7 telekanalın yayımına son qoyub. Söhbət RT, RT HD, RT Arabic, RT Spanish, RT Documentary HD, RT Documentary və RT TV-dən gedir.

Latviya ərazisində yayımın dayandırılmasına formal səbəb kimi telekanalların VQTRK-nın (Rusiya Dövlət Televiziya və Radioyayım Şirkəti) rəhbəri Dmitri Kiselyovun nəzarətində olması göstərilib. Kiselyov Ukrayna ərazisinin işğalıyla bağlı təbliğata görə Avropa İttifaqının sanksiyasına məruz qalmış şəxsdir. Bundan başqa, telekanallar dəfələrlə Latviyanın bir dövlət kimi mövcud olmasına şübhə nümayiş etdiriblər.

NEPLP-nin rəhbəri İvar Abolinş əllərində konkret sübutlar olduğunu bildirib: “Avropa İttifaqının üzvlərindən də belə davranmağı xahiş edəcəyik. Bu telekanlların verilişləri üçün nə Latviyada yer var, nə də Avropa İttifaqında”.

Son xəbərlər
Bütün xəbərlər »