Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb ölkələrində ikinci dalğa həyəcanı - Video

İspaniya qonşusu Portuqaliya il sərhədləri açmağa qərar verib. Buna baxmayaraq, portuqallar ciddi narahatlıq içindədir.

Bizimyol.info xəbər verir ki, “Euronews”a danışan paytaxt Lissabonun kasıb məhlələrinin sakinləri koronavirusa görə çarəsiz vəziyyətdə olduqlarını bildirib. Bir qadının sözlərinə görə, nə baş verdiyini düz-əməlli bilmirlər: “Hamıya maska paylanılıb. Bəlkə də, ona görə ki, biz çox kasıbıq”.

Başqa bir sakin “onsuz da kasıb idiq, indi isə yoxsul vəziyyətinə qalmışıq” söyləyib.

Lissabonda koronavirusun ikinci dalğasından çox ehtiyat edirlər. Böyük Britaniyanın Leyster şəhərində isə artıq dalğa ilə üz-üzə qaldıqlarını düşünürlər. Burada ölkədəki orta göstəricidən üç dəfə çox yoluxma halları qeydə alınıb. Mikrofona danışan şəhər sakinləri çoxunun karantin qaydalarına əməl etməməsinə görə belə vəziyyət yarandığını bildirib. Sakinlərdən biri deyib ki, dostları ilə kafedə oturmağı düşünürmüş, amma hər yer bağlıdır: “Nottingemə getməyi də fikirləşmişəm. Amma bu variantı da tövsiyə etmirlər”.

ABŞ-da həkimlər ikinci dalğa gəldiyini çəkinmədən deyirlər. Professor Entoni Fauçi senat dinləmələrində həyəcan təbili çalıb. O, ölkədə sutkalıq yoluxma halının iki dəfə artmaq ehtimalını söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »