Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada sürreal mənzərə: seçki dairəsində fəallıq 100 faizi keçdi

Rusiyada konstitusiyada dəyikliklərlə bağlı referendum keçirilir. Dairə seçki komissiyalarından biri real görünməyəcək nəticələr təqdim edib.

Bizimyol.info xəbər verir ki, Yamal 100 faizdən çox seçici fəallığı olduğu qeyd edilib. Dairə seçki komissiyasının rəhbəri Andrey Qibert burada təəccüblü bir şey olmadığını bildirib. Onun sözlərinə görə, seçkidə 39 min 447 nəfər iştirak edib, bunlardan 8814-ü yerli sakin, qalanları isə istilik-enerji kompleksinin işçiləri olub. Qibert deyir ki, kompleks sıralarında əvvəlcə daha az seçicinin olduğunu məlumat verib. Guya son günlər yarımadaya xeyli əlavə işçi gəlib. Qibert seçici sayının 100 faizi keçməsini bununla əlaqələndirir.

Qərbi Sibirin şimal hissəsindəki yarımadada günorta saatlarında 272 mindən çox seçicinin səs hüququndan istifadə etdiyi bildirilirdi. Bu, seçicilərin ümumi sayının 73.87 faizi deməkdir. Məsələn, həmin dəqiqələrə qədər Yuqrada seçicilərin təxminən 53 faizi səs vermişdi.

Son xəbərlər
Bütün xəbərlər »