Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Postpandemiya dövründə Azərbaycanda turizmin bərpasına kömək edəcək bütün amillər mövcuddur” - Deputat

Xəbər verdiyimiz kimi iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans keçirilib.

Konfransda bildirilib ki, turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Belə ki, pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb. İnsanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı ən mühüm məsələdir. Pandemiya zəiflədikcə sərhədlər açılacaq, turizm sektorunun bərpası ilə bağlı lazımi tədbirlər görüləcək.

Bizimyol.info-nun əməkdaşı mövzu ilə bağlı Milli Məclisin deputatı Ramil Həsənin fikirlərini öyrənib.

Ramil Həsən - Deputat Ramil Həsən

Deputat qeyd edib ki, bu görüşdə pandemiya və postpandemiya dövründə həyata keçirilən və keçiriləcək mühüm məsələlərlə bağlı geniş və şaxəli fikir mübadiləsi aparılıb: “Turizm Azərbaycanın ən önəmli qeyri-neft sektorundakı inkişaf edən potensial sahələrindən biridir. Təəssüf ki pandemiya dövründə ciddi zərər görmüş sahələrdən biri turizm sahəsidir. Bir çox ölkələr, eləcə də Azərbaycan sərhədlərini məcburiyyət qarşısında bağlamalı oldu. Çünki pandemiya ilə bağlı olaraq insanların sağlamlığını və təhlükəsizliyini qorumaq ən vacib amillərdən biri olaraq ortaya çıxmışdı. Əlbəttə bu da turizmə zərər verən amillərdən biri olub. Ümid edirik ki yoluxmanın sayı azaldıqca sərhədlər açılacaq, turizm sektorunun bərpası ilə bağlı mühüm tədbirlər görüləcək. Son vaxtlar 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər etmiş, turist axını 15 faiz artıb. Xaricilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar xərcləyirlər. Bu, ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir”.

Deputat Ramil Həsən bildirib ki, Azərbaycan dövləti turizmin inkişafı üçün bütün şəraiti yaradıb: “Azərbaycan dövləti tərəfindən həm Bakıda, həm də regionlarda beynəlxalq standartlara cavab verən hotellərin açılması, infrastrukturun qurulması, xidmətin keyfiyyətinin yüksəldilməsi, avtomobil yollarının genişləndirilməsi turizm sahəsinin inkişafına səbəb oldu.

Pandemiya olmasaydı, biz bu gün ölkəmizə daha çox turistlərin gələcəyinin şahidi olacaqdıq. Turizm sahəsində əldə olunmuş uğurları itirməmək, mövcud kadr potensialını, qazanılmış təcrübəni qoruyub saxlamaq məqsədilə pandemiya dövründə turizm sahəsində işləyən insanlara maddi dəstək göstərilib”.

Deputat qeyd edib ki, pandemiya şəraitində çətinliklərə baxmayaraq, cənab Prezidentin digər sahələrə olduğu kimi turizm sahəsinə xüsusi diqqəti davam etməkdədir: “Və turizm sahəsi bundan öz bəhrəsini götürməkdədir. Eyni zamanda Azərbaycanda turizmin bərpasına kömək edə biləcək bütün amillər mövcuddur. Sabit ictimai-siyasi şərait, təhlükəsizlik, çoğrafi mövqe, xalqımızın qədim ənənələrə sahib olan qonaqpərvərliyi, milli mətbəxi, tarixi abidələri, təbiətin müxtəlifliyi həm yay turizmi, həm də qış turizmi üçün imkanlar yaradıb”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »