Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan “YouTube” portalını bağlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdə qızı Esra Albayrak haqqında yazılanlardan çox qəzəblənib. Dövlət başçısı qızı haqqında yazanların ünvanına sərt ifadələr işlədib.

Bizimyol.info xəbər verir ki, bu hadisənin ardınca Ərdoğan “YouTube”, “Twitter” və “Netflix”in bağlanmasını istədiyini dilə gətirib. O, qadağalarla bağlı qanun layihəsinin vaxt itirmədən parlamentə təqdim olunmasının, prosesə başlanılmasının vacibliyini qeyd edib.

“Ailə olaraq bir neçə gündür bu cür üzücü vəziyyətlə üz-üzəyik. Bilirsiniz ki, az əvvəl səkkizinci nəvəm dünyaya gəldi. Berat bəy övladının doğumunun sevincini sosial media mesajıyla ictimaiyyətə çatdırdı. Onminlərlə adam təbrik yazdı. Amma insanlıqdan nəsibini almamış bir qrup alçaq təhqirlərlə xoş ab-havanı korlamağa çalışdı”, - Ərdoğan çıxışında deyib.

Türkiyə prezidenti həmin şəxsləri axtarıb tapmağa çalışdıqlarını, hər birinin cəzalanacağını söyləyib. Ərdoğan “YouTube”, “Twitter” və “Netflix”i bağlamaq istəyini də bu hadisə ilə əlaqələndirib. Onun fikrincə, əxlaqsızlığı başqa cür aradan qaldırmaq mümkün olmayacaq.

Son xəbərlər
Bütün xəbərlər »