Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxın 3 ildə donuz orqanları insan bədəninə transplantasiya ediləcək

Donuz ciyəri köçürülən meymun özünü yaxşı hiss edir. Çinin hərbi hava qüvvələri hospitalının həkimləri 3 meymuna 3 donuzun orqanlarını köçürmə əməliyyatı ediblər.

Donuzun qaraciyəri köçürülmüş meymun əməliyyatdan 17 gün keçdikdən sonra özünü yaxşı hiss edir. Digər meymunlara donuz ürəyi və böyrəkləri köçürülüb. Onlar əməliyyatdan az müddət sonra ölüblər.Çinli alimlər bildiriblər ki, bu bir heyvan növündən digərinə orqan köçürülməsi əməliyyatlarında ən uğurlu nəticə hesab oluna bilər. Həkimlər bildiriblər ki, bu eksperimentin uğuru o deməkdir ki, tezliklə insan orqanlarının transplantasiyası zamanı mövcud çatışmazlıqları heyvan orqanlarının hesabına həll etmək olcaq.

2019-cu ilin avqust ayında Böyük Britaniyanın tanınmış transplantoloq cərrahı bildirmişdi ki, növbəti 3 ildə donuz ürəyini insanlara köçürmək mümkün olacaq. O həmçinin qeyd etmişdi ki, yaxın zamanda donuzun qara ciyəri insana transplantasiya ediləcək.Əgər nəticə yaxşı olarsa, ürək transplantasiyası əməliyyatı da tezləşdiriləcək.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »