Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda xəstəxana partladı – Çoxlu sayda ölən və yaralanan var

Dünən axşam İranın paytaxtı tehranda xəstəxana binasının partlaması nəticəsində 19 nəfər həlak olub, 24 nəfər yaralanıb.

Bizimyol.info RİA Novosti-yə istinadən xəbər verir ki, hadisəyə görə bir neçə nəfər , o cümlədən klinikanın rəhbəri polis tərəfindən saxlanılıb. Bu barədə ölkənin Təcili Yardım Xidmətinin rəsmi nümayəndəsi Mojtəbə Xalədi məlumat yayıb.

“Qəza nəticəsində 24 nəfər yaralanıb, onlardan 9 nəfər qospitala yatırılıb, 15 nəfərə yerində yardım edilib. Təəssüf ki, 19 nəfər həyatını itirib. Onlar tüstüdən zəhərləniblər.Yanğın zamanı xəstəxanda 25 nəfər xəstəxana personalı olub”.

Dünən axşam baş vermiş partlayışa səbəb kimi qaz sızıntısı göstərilir. Qaz sısızntısı oksigen balonlarının partlamasına səbəb olub, nəticədə yanğın çıxıb”,- deyə ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »