Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda benzinin ardınca siqaret də bahalaşdı

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb.

"Report" xəbər verir ki, ölkə ərazisində siqaret əvvəlki vaxtlarla müqayisədə 10 qəpik baha satılır.

"Bir neçə gündür ki, topdansatış mərkəzlərində siqaretin satışı dayandırılmışdı. Firmalar dünəndən bizə siqaret vermirdilər. Buna görə ehtimal edirdik ki, qiymətlər artacaq. Çünki, topdansatış mərkəzləri həmişə qiymət artımından 2-3 gün əvvəl satışı dayandırırlar", - pərakəndə siqaret satıcıları "Report"a bildiriblər.

benzin

Xatırladaq ki, bu gün həmçinin Aİ-95 markalı benzini də qiyməti hər litr üçün 10 qəpik artırılıb.

Son xəbərlər
Bütün xəbərlər »