Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo “Taliban”dan ABŞ vətəndaşlarına toxunmamalarını xahiş edib

ABŞ dövlət katibi Mayk Pompeo "Taliban" silahlı qruplaşmasının liderlərindən biri ilə danışıqlar aparıb.

"Report"un məlumatına görə, bu barədə Pompeo özünün "Twitter"dəki hesabında yazıb.

Dövlət katibi bildirib ki, hərəkat başçısının müavini Mulla Abdul Qani Baradar ilə söhbət zamanı yaraqlıları ABŞ və “Taliban” arasında bağlanmış razılaşmaya əməl etməyə, o cümlədən Amerika vətəndaşlarına hücum etməməyə çağırıb.

Danışıqlar “New York Times” qəzetinin Rusiyanın guya Əfqanıstanda ABŞ hərbçilərini öldürmək üçün “Taliban” ilə əlaqəli olan yaraqlılara gizli olaraq mükafat verdiyini iddia edən material dərc etdikdən sonra baş tutub. Nəşrin məlumatına görə, söhbət 2019-cu ilin aprel ayında Əfqanıstanda avtomobilin partladılması zamanı ABŞ-ın üç dəniz piyadasının ölümündən gedir.

Son xəbərlər
Bütün xəbərlər »