Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur avtomobil şirkəti böyük zərər görüb - Video

Qlobal böhran “Nissan”a da böyük zərbə vurub. Şirkətin prezidenti Makoto Utida məvacibinin yarısından imtina edib.

O, avtomobil istehsalçısının son 20 ilin ən böyük zərərini gördüyünü bildirib.

Bizimyol.info xəbər verir ki, “Nissan”ın illik ziyanı 6.3 milyard dollara çatıb. Utida səhmdarların toplantısında top-menecerlərin maaşlarının aşağı salınacağını deyib. Çünki investorlar qazanc götürmür. Utida çıxışında icraçı direktorların gəlirlərinin 50, yuxarı həlqə rəhbərlərinin 30, digər menecerlərin isə 20 faiz azalacağını bildirib.

“Nissan”ın prezidenti satışın aşağı düşməsi ilə əlaqədar struktur dəyişikliyinə aid planı təqdim edib. Söhbət Renault-Nissan-Mitsubishi fransız-yapon alyansının gücləndirilməsindən gedir. Hərçənd, konsernin keçmiş rəhbəri Karlos Qonun maliyyə dələduzluğuna görə həbsi münasibətləri soyutmuşdu.

Şirkət başqa tədbirlər planı da düşünür. İstehsal gücü 20 faiz azaldılacaq, Barselonadakı zavod bağlanacaq. Təxminən 3 min işçi məvacibdən məhrum olacaq. Buna görə etiraz aksiyaları da keçirilir.

“Nissan” Böyük Britaniyada, Braziliyada və Meksikada da iş yerlərini bağlayır. Əvəzində Yaponiya, Çin, Şimali Amerika bazarında fəaliyyət genişləndirilir.

Son xəbərlər
Bütün xəbərlər »