Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntihar etmək istəyəndə də maska taxdı: “Ölməsəm, cərimə ödəmək istəmədim” - Foto

Türkiyənin İstanbul şəhərində intihar etməyə cəhd göstərən şəxs ətrafdakıları bir davranışı ilə təəccübləndirib. O, hündür məsafədən tullanmaq istəyərkən maska taxıb.

Bizimyol.info xəbər verir ki, İstanbulda intihara cəhd göstərən şəxsin fotosu “Twitter”də çox paylaşılanlar arasındadır.

İntihar etmək istəyəndə də maska taxdı: “Ölməsəm, cərimə ödəmək istəmədim” - Foto

Fotoda polisin aşağı tullanmaq istəyən adamı yola gətirmək istədiyi görünür. İntihar edən şəxsin maskada olması diqqətləri cəlb edib. “Twitter”də yazılanlara görə polis onu fikrindən daşındıra bilib. Həyatına davam etmək qərarı verən adamdan niyə intihar vaxtı maska taxdığı soruşulub. O isə “ölməsəm, boş yerə cərimə ödəmək istəmədim” söyləyib.

Türkiyənin 50-yə qədər şəhərində hətta küçədə də maska taxmaq məcburidir. Əks halda vətəndaşlar 900 lirə (təxminən 140 dollar) cərimə ödəməlidir.

Son xəbərlər
Bütün xəbərlər »