Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında “TƏBİB”-in sədri Ramin Bayramlı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
Ramin Bayramlının istehfa verməsi, mətbuat konfransında iştirak etməməsi ilə bağlı sualını TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva cavablandırıb:

“TƏBİB- in Heyətinin sədri, Ramin Bayramlı hal- hazırda iş başındadır. O, REACT layihəsi çərçivəsində işlərlə ciddi məşğuldur. Bu günkü gündə də bir çox layihələrimiz yenidən həyata keçirilir. Bizim yenə də Türkiyədən dəvət etdiyimiz həkim, mütəxəssislər qrupu Bakıdadır. Xüsusən, onlar TƏBİB tərəfindən dəvət olunub ki, GOVİD-lə əlaqəli mübarizədə bizə dəstək olsunlar. Ramin Bayramlı da onlarla birlikdə çox ciddi şəkildə çalışır. Eyni zamanda qeyd etmək istəyirəm ki, COVİD xəstələrinin müalicə aldığı müəssisələrdə bu gün TƏBİB tərəfindən yaradılmış Monitorinq qrupunun xüsusi ziyarətləri və monitorinqləri keçirilir. Ramin Bayramlı bu qrupda özü birbaşa iştirak edir və xəstəxanaları ziyarət edərək, xəstələrin müalicəsinə şəxsən nəzarət edir."
Gülnarə ƏMİRQIZI