Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində uyğur qadınlar məcbur qısırlaşdırılır

Çində koronavirusun yayılması uyğurlara qarşı işgəncə, təzyiq faktlarını bir az kölgədə qoymuşdu.

Qərb mətbuatı yenə Asiya dövlətində türk xalqına zülm edilməsindən danışmağa başlayıb. “Deutsche Welle”nin reportajında Çində uyğur qadınların məcbur qısırlaşdırılmasından söz açılıb.

Bizimyol.info xəbər verir ki, ilk dəfə xəbəri gündəmə “Associated Press” gətirmişdi. ABŞ-ın media orqanı bununla bağlı konkret sənədlər əldə etdiyini açıqlamışdı.

“Deutsche Welle” uyğur qadın Zümrüd Davudla söhbətləşib. O, uyğurlar üçün nəzərdə tutulduğu düşərgədə iki ay qalıb. Qadın qısa müddətdə orada böyük işgəncə gördüyünü bildirir. Üç uşaq anası düşərgədə qısırlaşdırıldığını söyləyir.

“Uşaqlığımı çıxardılar. Qadın kimliyimi əlimdən aldılar. Bir daha ana ola bilməyəcəyəm”, - uyğur qadın danışır.

Qazax əsilli Gülnar Omirzak da üç uşaq anasıdır. Düşərgəyə düşməmək üçün çoxlu pul ödəməli olub. Onun sözlərinə görə, Sincan-Uyğur muxtar rayonunda yaşayan qadınlar abort etdirməyə vadar olunur: “Çoxu qorxudan uşaq doğmamağa çalışır”.

Mütəxəssislərin fikrincə, Çin ölkədəki müsəlman kəsimin sayının çoxalmasından narahatdır. Çünki uzun illər ölkədə “bir ailə, bir uşaq” siyasəti yürüdülüb.

Son xəbərlər
Bütün xəbərlər »