Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB: “Karantin rejimi öz nəticəsini verir”

Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva karantin rejimin nəticə verməməsi ilə bağlı suala cavab olaraq bildirib ki, bu, belə deyil:

“Karantin rejimi öz nəticəsini verir. Keçən dəfəki brifinqdə də xəstəliyin yoluxma mexanizm izah olundu və xüsusilə, qeyd olundu ki, 1 xəstə 2 nəfəri, 2 xəstə 4 nəfəri yoluxduraraq xəstə sayını artır. Bu tərəfdən baxsaq, bizim tətbiq etdiyimiz karantin rejimi bugünkü gündə bizə öz nəticəsini verir. Çünki görürük ki, bizim yoluxmaların sayı stabilləşib. Doğrudur, yoluxmaların sayı 500-ün üzərindədir. Lakin bu yoluxmaların ikiqat artması ola bilərdi və gözləyə bilərdik . Lakin biz bunu hazırda görmürük. Bu da bizə imkan verir ki, biz müalicə müəssisələrimizdə çarpayı fondumuzu doğru istidafə edək, xəstələrimizə normal tibbi xidmətimizi göstərə biək. Çünki bu bizim üçün çox önəmlidir”.

Yaqut Qarayeva həmçinin qeyd edib ki, heç bir halda, tibb müəsisəsindən kənarda xəstələr müalicə edilmir: "Biz öncədən karantin müəssisəsi olaraq , Atletlər Olimpiya kəndini istifadə etmişik. Bəli, orda bəzi xəstələrimizin qəbul və müayinə olunması nəticəsində də çeşidlənməsi həyata keçirilir. Bundan kənarda xəstələrimizin müalicəsi həyata keçirilmir".

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »