Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Honkonqda təhlükəsizlik haqqında qanunu araşdıracaq

Böyük Britaniya hökuməti Honkonqda milli təhlükəsizliyin təmin olunması qanununun bu bölgənin Çinə verilməsinə dair iki ölkə tərəfindən qəbul edilmiş bəyannaməyə nə dərəcədə uyğun olduğunu araşdıracaq.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson bildirib.

“Sözsüz ki, rəsmi Pekinin milli təhlükəsizlik qanunu qəbul etmək qərarından dərin narahatlıq keçiririk, çünki bu məsələ Honkonqa təsir edəcək. Bu qanunun Böyük Britaniya-Çin birgə bəyannaməsinin müddəalarına uyğun olub-olmamasını ayırd etmək üçün onu ətraflı şəkildə araşdırmaq istəyirik”, - deyən hökumət başçısı lazımi vaxtda Çin tərəfinin addımlarına cavab verəcəklərini də qeyd edib.

Böyük Britaniya baş nazirinin sözçüsü də sonrakı addımlarını qanunun təhlilindən çıxacaq qənaətlərə görə atacaqlarını diqqətə çatdırıb.

Bundan əvvəl Böyük Britaniya hökuməti bu cür qanunun qəbulu ilə Honkonqun özünü idarəetmə hüququnun, sakinlərinin hüquq və azadlıqlarının pozulacağını, bunun da Çinin beynəlxalq öhdəliklərinə zidd olduğunu dəfələrlə bildirmişdi. Belə ki, 1984-cü ildə imzalanmış bəyannamədə Honkonq Çinin xüsusi inzibati bölgəsi elan edilməklə geniş muxtariyyat hüquqlarına malik olub yerli məsələlərə dair inzibati, qanunyaradıcı, məhkəmə səlahiyyətlərinə malikdir. Çin tərəfi isə cavab olaraq hər dəfə onların daxili işlərinə hər hansı müdaxilənin yolverilməz olduğunu irəli sürüb.

Paylaş »
››› Rusiya donanmasının flaqmanı "Admiral Makarov" Sevastopoldan "qaçıb"
››› Moskvaya aydın mesaj: Ukrayna yeganə şərtini açıqladı
››› Qazı əhaliyə ən ucuz satan ölkələr: Rusiya ikinci yerdədir
››› Bayden Çini açıq şəkildə hədələdi: ABŞ ordusu birbaşa qarışacaq
››› Bakıda “London taksisi” qəbirstanlığı və ya hər yenilikdə bir korrupsiya
››› Bayden Şimali Koreyanı hədələdi: "Atacağınız hər addıma əvvəlcədən hazırlaşmışıq"
››› Putin Əsədin “çəllək bombaları”ndan istifadə etməyə hazırlaşır
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »