Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsinin turizm sınağı yaxşı nəticələndi
ispaniya meydanı

Hazırkı böhran dövründə turizm sektorunun çökdüyünü əminliklə demək olar. Avropada bu sahəni xilas etmək üçün ciddi cəhdlər göstərirlər. İspaniya iyunun ortasından iki həftəlik turizm sınağı aparır.

Bizimyol.info xəbər verir ki, Avropa ölkəsi üçün sınaq yaxşı nəticələnib. Ayın ortalarında ölkəyə 11 min turist buraxılmışdı. Almanlar əsasən Balear adalarında yerləşdirilmişdi. Epidemioloji qaydalara ciddi riayət olunmuşdu. Sevindirici haldır ki, tursitlərin heç biri İspaniyada xəstəliyə yoluxmayıb.

Antonia və Tomas Toborlar Malyorkada dincəlib. “Deutsche Welle”yə danışan cütlük istirahət yeri tapmaq üçün çox baş sındırdıqlarını deyirlər. İspaniyanın turzim sınağı haqda eşidərkən dərhal çemodanları toplamağa başlayıblar.

Tomas deyir ki, Almaniyada günlər çox darıxdırıcı keçirmiş, sanki divarlar üstünə gəlirmiş. Tibb bacısı olan Antonia isə COVİD-19 xəstələrinə baxırmış. Ağır iş dövründən sonra istirahətə çox ehtiyacı vardı. Cütlük sözün əsl mənasında azadlığa qovuşduqlarını düşünür.

Belə istirahətin mənfi tərəfləri də var. Məsələn, restorana hər dəfə daxil olarkən qızdırmanız ölçülür. Sosial məsafə həmişə gözlənilməlidir. Yeməkdən əvvəl əllər dezinfeksiya olunur, sonra hətta əlcək geyinmək də lazım gəlir. Antonia deyir ki, elə bil Almaniyada işdədir, bütün tədbirlər oranı xatırladır.

Malyorka sakinlərindən biri “Deutsche Welle”yə deyib ki, indi buralar daha rahat görünür. Çünki turist bolluğu yerli insanlara rahat yaşamağa imkan vermir.

İspaniyada Avropa ölkələrindən daha çox Almaniyanın səhiyyə böhranı ilə yaxşı mübarizə apardığını düşünürlər. Buna görə də qapılar hamıdan əvvəl almanlara açıldı.

Hər il təkcə 4 milyon alman tətilini Malyorkada keçirir. Nə qədər cəhd olunsa da, İspaniya turizmdən böyük gəlir götürə bilməyəcək. Ümumi qazancın 3 milyard avro azalacağı dəqiqdir.

Paylaş »
››› Şəhidə görə saxta göz yaşı - Video
››› Müdafiə Nazirliyi son vəziyyəti açıqladı: Davam edir...
››› Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbçilərin adını açıqlayıb
››› Professor: Karantini uzatmaq olmaz
››› Düşmən həyəcan içindədir: "Qardaşım ölü əsgərlərlə dolu 3 maşın görüb" - Foto
Son xəbərlər
Bütün xəbərlər »