Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynalı qadınlar yeni qazanc istiqaməti tapıb - Video

Ukraynanın reproduktiv xitmət bazarı diqqət mərkəzinə düşüb. Bu ölkənin qadınları yeni qazanc istiqaməti tapıb. Ukraynada xeyli qadın surroqat ana olmağa razıdır.

Bizimyol.info xəbər verir ki, “Euronews”un reportajında bu haqda danışılıb. Reportajda izolyasiyaya görə körpələrin bioloji valideynlərinə heç cür qovuşa bilməməsindən də söz açılıb.

“Euronews”dan üzünü göstərməməsini xahiş edən Olqa deyib ki, aylıq qazancı cəmi 140 dollardır. Buna görə də belə variantla razılaşıb. Bətnində körpəsini daşıdığı çinli ailə ona 15 min dollar verəcək. Ukrayna şərtlərində çox böyük puldur. Olqa bu vəsaitə özünə kafe aça biləcək.

“Çoxları deyir ki, bu asan qazanılan puldur. Qətiyyən belə deyil. Yoxlayıb görə bilərlər, cəhənnəm əzabıdır”, - ukraynalı qadın deyib.

Başqa bir Olqa – Kursunova soyadlı gənc qadın isə üzünü gizlətməyi düşünmür. Onsuz da Rusiya ilə müharibəyə görə ölkənin şərqindən qaçqın düşən qadının başqa seçimi yoxdur. Olqa dördüncü dəfədir surroqat ana olmağa razılaşır: “Heç bir istismardan söhbət gedə bilməz. Əlbəttə, qadınlar bu işlə maddi vəziyyətin ağırlığına görə məşğul olur. Bazarda rəqabət də az deyil”.

Uşaq haqları üzrə ombudsman Nikolay Kuleba deyib ki, Ukrayna onlayn uşaq almaq üçün mağazaya çevrilib. Məsələnin hüquqi tərəfi də həmişə gözlənilmir.

Hər il Ukraynada 3 min uşağı surroqat qadınlar dünyaya gətirir. Bioloji valideynlərin üçdəbiri Çindən olur.

Son xəbərlər
Bütün xəbərlər »