Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” ASC- abunəçiləri evdən çıxmadan kart balansını artıra biləcək

“Azərişıq” ASC-nin smart kart sayğacı olan abunəçiləri evdən çıxmadan kart balansını artıra biləcək. Artıq bu gün, əminliklə deyə bilərik ki, bu istiqamətdə işlər yekunlaşıb, bütün texniki məslələr həll edilib.

Ölkənin kommunal sektorunda ilk dəfə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti belə bir innovativ və günün tələblərinə uyğun yeniliyə imza atmışdır. Azərişıq mobil əlavəsi istifadəçiləri smart kart balanslarını evdən çıxmadan smartfonları vasitəsiylə artıra biləcəklər. Mobil uyğulamanı Play marketlərdən rahatlıqla əldə edə bilərsiniz.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də COVİD-19 virusunun yayılmasının qarşısının alınması tədbirləri həyata keçirildiyi bir dövrdə abonentlərimizin evdən çıxmadan bir sıra əməliyyatları “Azərişıq” ASC-nin rəsmi saytı və ya xüsusi mobil əlavələr vasitəsilə həyata keçirməsi təmin edilmişdir.

Bu tipli layihələr texnoloji imkanlardan daha çox sosial xarakter daşıdığından hazırki karantin dövründə əhalinin ümumi təyinatlı terminallar, nağd ödəniş vasitələri və s. daha az təmasda olması vacib şərtlərdəndir. Məhz bu səbəbdən, hər iki tərəf mütəxəssisləri qısa müddət ərzində mobil telefonla smart-kart balansının artırılmasının, belə deyək - fərdiləşdirilmiş imkanını işləyib hazırladı.

Layihənin prioritet şərtlərindən biri də cihazın və mobil tətbiqin abonentlər tərəfindən istifadə sadəliyi və asanlığı idi ki, buna da nail olundu.

İlkin mərhələdə istifadəçi smartfona qoşulan kart oxuyucunu əldə etməlidir ki, smart kartının balansını evdən çıxmadan artıra bilsin. İstifadəsi cox rahat olmaqla yanaşı heç bir əlavə proqram açmadan kart oxuyucu smartfona qoşulur, Azərişıq mobil tətbiqi açılır və smart kart oxuyucuya daxil edilərək menyudaki “OXU” düyməsi sıxılaraq kart məlumatları oxunur daha sonra altdakı səkmədən məbləğ daxil edilir və “ÖDƏ” düyməsi sıxılır açılan pəncərədə ödəniş kartı məlumatları daxil edilir və “OK” düyməsi sıxılır.

Bir neçə saniyə ərzində ödənilən məbləğ smart karta yazılır. Smart kartınızı sayğaça daxil etməklə balansınızı artırmış olursunuz.

Artıq evdən çıxmadan istənilən vaxt kart balansınızı rahatlıqla artıra bilərsiniz... Evdəqalın Sağlam olun.. Özünüzü və yaxınlarınızı qoruyun... !

Son xəbərlər
Bütün xəbərlər »