Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Regionun güclü dövləti olan Azərbaycanın pandemiya sahəsindəki siyasətini dünya dəstəkləyir“
Koronavirus - Bakıda Karantin

“Pandemiya heç kim üçün gözlənilən deyildi. Lakin bütün dövlətlərin bu cür vəziyyətlər üçün hər zaman hazır planları olur. Bu planlar sırf epidemiya ilə bağlı olmur, əsasən təbii fəlakətlər, müharibələr üçün nəzərdə tutulur”.

Bu fikirləri Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Deputat qeyd edib ki, mart ayından başlayaraq dövlət məktəbləri, metronu, böyük ticarət mərkəzlərini bağladı: “Bu proses Avropa ilə paralel aparılırdı. Karantin rejiminin, qadağaların tək bir məqsədi virusun sürətlə yayılmasının qarşısını almaq, zaman qazanmaq, bu zaman kəsimində yeni modul tipli xəstəxanalar tikmək, xaricdən texniki cihazlar, tibbi avadanlıqlar almaq, dezinfeksiya məhsullarını ölkəyə gətirmək idi. Yəni, mart ayından etibarən tətbiq edilən, aprel ayından isə daha da sərtləşdirilən karantin tədbirləri məhz səhiyyə sistemini virusla mübarizəyə hazırlamaq, insanları daha çox məlumatlandırmaq, yeni davranış qaydalarını təbliğ etmək idi. Karantin rejimi özü virusa qalib gəlmir, sadəcə virusun yayılma sürətini azaldır və vaxt qazanılır ki, hazırlaşmaq mümkün olsun. Mart-aprel aylarında görülən qabaqlayıcı tədbirlər ÜST tərəfindən də təqdirəlayiq qiymətləndirildi”.

Deputat Müşfiq Cəfərov vurğulayıb ki, siyasi görüşlərdəki ziddiyyətləri bir kənara atıb, milli varlığımız uğrunda mübarizə aparmaq vaxtıdır: “Bir müddət sonra, yəni artıq səhiyyə sistemini qaydaya salınandan, xəstə qəbulu üçün artıqlaması ilə yer hazırlanandan, süni tənəffüs aparatları da alınandan sonra SMS-i ləğv edib iqtisadiyyatı qismən bərpa olundu ki, bunu insanlar virusun bitməsi kimi qəbul etdi.

Bütün bu qərarları hökumət ictimai müzakirələr aparmadan, təkbaşına vermir, mütəxəssis rəylərinə əsasən yumşalma prosesinə gedildi. Dövlətin həyata keçirdiyi bütün islahatlar müəyyən təbəqə tərəfindən aqressiya ilə qarşılandı, insanlarda çaşqınlıq yaradıldı. İnformasiya axının sərbəstliyindən yaxşı mənada istifadə edib, insanları, ətrafımızı maarifləndirə bilərik. Bu gərgin və həssas vəziyyətdən istifadə etmək lazım deyildi. Siyasi görüşlərdəki ziddiyyətləri bir kənara atıb, milli varlığımız uğrunda mübarizə aparmaq vaxtıdır. Regionun güclü dövləti olan Azərbaycanın pandemiya sahəsindəki siyasətini dünya dəstəkləyir, qiymətləndirir. Hazırda hökumətə mənəvi dəstək zamanıdır. Xalqımızın bütün bəlaları hökumətlə birgə aşacağına ümid edirəm”.

Deputat bildirib ki, Cənubi Qafqazın ən çox yoluxma olan ölkəsi düşmən dövlətdə vəziyyət sosial-iqtisadi istiqamətlə yanaşı, siyasi cəhətdən də çətinləşib: “Pandemiyadan istifadə edən dövlət siyasi represiyalar həyata keçirir, parlamentdə vəziyyət olduqca mürəkkəbləşib, qarşıdurma artıb. Sosial- iqtisadi sabitlik yarada bilməyən mənfur qonşularımız bir sıra oyunlarla xalqın gözünü boyamağa çalışır. Ermənistanda baş verən hadisələri mətbuatın işıqlandırdığı məlumatlarla dəyərləndirsək, vəziyyət ürəkaçan deyil, dövlət koronovirusla mübarizəni apara bilmədi. Hansı ki, bu məlumatlar müxalif qüvvələrlə birlikdə heç bir siyasi marağı olmayan qüvvələr tərəfindən irəli sürülür”.

Ramid İbrahimov

Paylaş »
››› Şəhidə görə saxta göz yaşı - Video
››› Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var - Döyüş davam edir
››› Müdafiə Nazirliyi son vəziyyəti açıqladı: Davam edir...
››› Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbçilərin adını açıqlayıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »